UEFA Çempionlar Liqasında əsas mərhələnin 1-ci turunun növbəti matçları keçirilib.

Rekord.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.

Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub.

Günün maraqla gözlənilən görüşlərindən biri İngiltərədə gerçəkləşib. "Liverpul" doğma azarkeşləri önündə İspaniyanın "Atletiko" komandası ilə üz-üzə gəlib və çətin qələbəyə sevinib.

“Barselona” isə “Feyenoord”la ev oyununda darmadağına sevinib.

Xatırladaq ki, Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq. Azərbaycan çempionu "Sabah" İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur

9 sentyabr

"Barselona" (İspaniya) - "Feyenoord" (Niderland) 5:1
"Ştutqart" (Almaniya) - "Vikinq" (Norveç) 3:1
"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) 2:1
"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) 0:1
PSJ (Fransa) - "Slovan" (Slovakiya) 6:1
"Sportinq" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə) 3:1