“Qalatasaray” “Jirona”nın futbolçusunu icarəyə götürdü
- 22:00
- 28
“Jirona”nın yarımmüdafiəçisi Yaser Asprilya qış transfer pəncərəsində komandasını dəyişib. Kolumbiyalı futbolçu icarə əsasında “Qalatasaray”a keçib.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Tərəflər arasında imzalanan müqavilənin müddəti cari mövsümün sonuna qədər qüvvədə olacaq. İcarə müddəti başa çatdıqdan sonra klubların Asprilyanın tam transferi ilə bağlı danışıqlar aparması mümkündür.
22 yaşlı futbolçu cari mövsümdə “Jirona”nın heyətində 17 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.