Türkiyənin “Qalatasaray” klubu futbolçusu Yedlinlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yedlinin karyerasına ABŞ-da davam edəcəyi gözlənilir. Amerikalı oyunçu ilə “İnter Mayami” klubu yaxından maraqlanır.

Müdafiəçi bu mövsüm “Qalatasaray”la 24 oyuna çıxıb.

“Qalatasaray”da bundan əvvəl Qustavo Enrike (Qustavo Assunçao) ilə yollar ayrılıb.