ABŞ millisinin üzvü Kristian Pulişiç dünya kuboklarında Kristiano Ronaldonun nailiyyətini geridə qoyub.


Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçu məhsuldar ötürmələrin sayına görə keçərək adını dünya kuboku statistikasına yazdırıb.


O, Paraqvayla görüşün 31-ci dəqiqəsində Folarin Baloqunun vurduğu qolun ötürməsini verib. Bu məhsuldar ötürmə Pulişiçin mundialların əsas mərhələlərindəki 3-cü qol ötürməsi olub. 


Beləliklə, ABŞ millisinin oyunçusu əvvəlki beş dünya çempionatında 22 matçda iki məhsuldar ötürmə edən Ronaldonu geridə qoyub.


Pulişiç dünya kubokunda ikinci dəfə iştirak edir.