Premyer Liqanın dörd klubu cərimələndi
- 14:20
- 26
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 4-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.
“Kəpəz” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilib.