İngiltərənin “Uotford” komandasının baş məşqçisi Klaudio Ranyeri istefaya göndərilib.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. İtaliyalı mütəxəssis təyinatından 3 ay sonra tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, "Uotford" 71 yaşlı baş məşqçinin rəhbərliyi altında meydana çıxdığı 13 oyunun 10-da uduzub. Komanda hazırda 14 xalla 19-cu pillədə qərarlaşıb.