
Portuqaliya Almaniya üzərində qələbə ilə finalda!
- 05 İyn 2025 01:12
- 81
Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilib.
Rekord.az xəbər verir ki, ilk yarımfinal matçında Almaniya Portuqaliya yığmasını sınağa çəkib.
Bundestimin favorit hesab olunduğu görüşdə hesabı məhz bu komanda açıb. Amma Portuqaliya ikinci hissədə iki dəfə fərqlənərək, turnirin ilk finalçısı olub.
UEFA Millətlər Liqası
4 iyun
Almaniya – Portuqaliya 1:2
Qol: Virts, 49 - Konseysao, 63. Ronaldo, 67.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen, "Alyans Arena".