Ozan Can oynadı, komandası uduzdu
- 13:00
- 26
Türkiyə 1-ci Liqasında 5-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü olmuş Ozan Can Kökcünün çıxış etdiyi "Vanspor" doğma meydanda "Batman Petrolspor"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ozan matça start heyətidnə başlayıb və 66-cı dəqiqədə əvəzlənib.
"Vanspor" 4 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb.