Dünya çempionatında Türkiyə millisini 2:0 hesabı ilə məğlub edən Avstraliyanın baş məşqçisi Toni Popoviç oyunun belə nəticələnməsinə görə çox sevindiyini bildirib.


Rekord.az xəbər verir ki, Popoviç yığmanın oyununu belə qiymətləndirib:


"Heyətin işi və məşqçi skamyasında qəbul edilən doğru qərarlarla qürur duyuram. Mən onları istiqamətləndirməyə, oyunçuları dəstəkləməyə çalışdım və onlar özlərini mükəmməl göstəriblər.


Burada baş məşqçi kimi olmağımdan qürur duyuram", - o vurğulayıb və komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib.