“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Təbii ki, nəticədən razı qalmadım. Düşünürəm ki, rəqib azlıqda qalana qədər komandam yaxşı futbol göstərirdi. Lakin ondan sonra da bir neçə epizodumuz oldu. İkinci hissədə nəticəni dəyişməyə çalışdıq. Komandada buna istəyi gördüm. Razı qaldığım bir sıra məqamlar da oldu. Bura gəldiyim ilk gündən indiyə kimi oyun planında irəliləyiş hiss edirəm. Ümid edirəm ki komanda oyundan oyuna artıraraq istədiyimiz vəziyyətə gələcək”.