Bu gün qar voleybolu üzrə qadınlar və kişilər arasında ölkə kubokuna start verilib. "Rekord.az" xəbər verir ki, Şahdağ Turizm Mərkəzində təşkil olunan yarışın birinci günündə ümumilikdə 9 qarşılaşma keçirilib.

Reqlamentə əsasən, qadın komandaları dairəvi, kişi komandaları isə olimpiya sistemi üzrə yarışırlar. Sabah kişilər arasında üçüncü yer uğrunda və final qarşılaşmaları keçiriləcək. Qadınların yarışında isə 3 oyun olacaq və mükafatçılar turnir cədvəlinə əsasən müəyyənləşəcək.

Oyunlardan sonra mükafatlandırma mərasimi baş tutacaq.

Qeyd edək ki, ölkə kubokunda 5 qadın (“Gəncə”, “AZERRAIL”, “Milli”, “Milli-2” və “Qaraqaya”), 4 kişi komandası (“Gənclər”, “Qaraqaya”, “Baku Fires” və “AZERRAIL”) mübarizə aparır.


Oyunların nəticələri

24 yanvar 

Qadınlar

   “AZERRAIL” – “Milli-2” 2:0 (15:6, 16:14)

   “Milli” – “Qaraqaya” 2:0 (15:7, 15:5)

   “Qaraqaya” – “Gəncə” 0:2 (6:15, 7:15)

   “Milli-2” – “Milli” 0:2 (9:15, 12:15)

   “Milli” – “AZERRAIL” 2:1 (12:15, 15:8, 15:12)

   “Gəncə” – “Milli-2” 2:0 (15:4, 15:3)

   “Qaraqaya” – “AZERRAIL” 0:2 (5:15, 11:15)

 Kişilər

   “Qaraqaya” – “Gənclər” 2:1 (15:17, 22:20, 15:9) 

   “AZERRAIL” – “Bakı Fires” 2:0 (15:6, 15:11)