Voleybolçu kişilər arasında ölkə birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 14-cü turun qarşılaşmaları FHN-in idman zalında və Abşeron OİK-də təşkil olunub.

Turu çərçivəsində “ORDU” - “AZERRAIL”, “Neftçi” - “Xilasedici” və “Murov Az Terminal” - “Gənclər” görüşləri baş tutub. Bu oyunlardan ikisi quru hesabla bitdiyi halda, digər matçda beş setlik gərgin mübarizə qeydə alınıb.


Yüksək Liqa

XIV tur
   “ORDU” - “AZERRAIL” 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11)
   “Neftçi” - “Xilasedici” 0:3 (23:25, 18:25, 21:25)
   “Murov Az Terminal” - “Gənclər” 3:0 (25:16, 25:14, 25:14)