Niderlandlının istəyi narazılıq yaratdı
- 17:00
- 27
AFFA-nın texniki direktoru Edmond Klaus yeni mövsümdə uşaq liqalarında format dəyişikliyi edəcək.
Rekord.az xəbər verir ki, niderlandlı U-14 liqasının 9-9-a, U-13 liqasının isə 7-7-ə keçirilməsini təklif edib.
Lakin bu təklif klubların böyük əksəriyyətinin ürəyincə olmayıb. Çünki mövsümün startına çox az qalıb və bütün klublar heyətini 11-11 sisteminə görə qurub. Amma indi gərək planlarını dəyişələr. Bundan başqa, 11-11-dən 9-9-a keçidi çoxları geri addım kimi qəbul edir. Çünki U-14 liqasında 9-9-a oynayan futbolçular bir il sonra həm U-15 liqasında, həm də U-15 millisində 11-11-yə uyğunlaşmaqda çətinlik çəkəcək.