Niderlandlı hücumçu 1 aylıq sıradan çıxıb
- 19:00
- 38
Braziliyanın “Korintians” klubunun hücumçusu Memfis Depay zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı futbolçu sağ bud nahiyəsindən ikinci dərəcəli əzələ zədəsi alıb. Onun təxminən 4 həftəlik sıradan çıxacağı gözlənilir.
Depay zədəni “Flamenqo”ya qarşı keçirilən oyunun (1:1) birinci hissəsində alıb. “Korintians”ın qol epizodundan dərhal sonra futbolçu yerə yıxılıb, sağ budunu tutaraq əvəzlənməsini istəyib.
Bu səbəbdən hücumçu Braziliya çempionatının bir neçə turunu, Libertadores kubokunun ilk oyunlarını, həmçinin Niderland millisinin qarşıdan gələn görüşlərini buraxacaq. Niderland yığması iki yoldaşlıq oyunu keçirəcək. "Narıncılar" martın 27-də Norveçlə, 31-də isə Ekvadorla qarşılaşacaq.