Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, mundialın növbəti matçında Niderland yığması Yaponiya ilə qarşılaşıb.


Dallas stadionunda keçirilən F qrupunun matçında məhsuldar heç-heçə qeydə alınıb -2 :2.


Avropa təmsilçisinin heyətində Vircil van Deyk (50) və Krisensio Sammervill (64) fərqləniblər. Asiyalıların qollarını isə Keito Nakamura (57) və Daiti Kamada (88) vurublar.


Bu qrupun digər oyunu saat 06:00-da İsveç və Tunis komandaları arasında keçiriləcək.