
Neymar PSJ-dən ayrılmaq istəyir
- 2022-01-27 12:45
- 296
PSJ-nin futbolçusu Neymar ötən yay klubundan ayrılaraq "Barselona"ya qayıtmaq istədiyini açıqlayıb.
Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Netflix" şirkətinin lentə aldığı sənədli filmdə deyib:
"PSJ-dən ayrılmaq qərarına gəlmişdim. Bu, kluba, azarkeşlərə görə deyildi. Özümü daha yaxşı hiss etməyim üçün belə bir qərar vermişdim".
Qeyd edək ki, Neymar 2017-ci ildə Kataloniya təmsilçisindən Paris klubuna keçib.