"Neftçi"nin kapitanı özünə klub axtarır
- 16:41
- 44
"Neftçi"nin U-15 komandasının sabiq kapitanı Fərid Əhmədov özünə klub axtarır. Rekord.az xəbər verir ki, hazırda 19 yaşı olan futbolçu bir ara Azərbaycan U-16-nın təlim-məşq toplanışına da dəvət almışdı. Sonralar "Araz Naxçıvan"ın U-19-da oynamış futbolçu karyerasını Gürcüstanda davam etdirib.
6 ay "Spaer"də top qovan Əhmədov Gürcüstan vətəndaşıdır. Bu səbəbdən onun Azərbaycanda yerli futbolçu kimi çıxış etməsi mümkünsüz olub.
Premyer Liqada bəzi klublar onu bəyənsələr və heyətində görmək istəsələr də, məhz bu məqam ona olan marağı azaldıb.
Bu ilin yanvarından azad agent olan Fəridin bəzi Avropa ölkələrində çıxış etmək variantı da var.