"Neftçi"nin istədiyi futbolçu niyə "Sumqayıt"a keçdi?
- 15:00
- 39
Xəbər verdiyimiz kimi, "Sumqayıt" müqavilə ilə Ukraynanın "Polissya" klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb.
Rekord.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Neftçi" də maraqlı idi.
Lakin futbolçu "Sumqayıt"a keçdi. Maraqlıdır, büdcəsi daha çox olan "Neftçi" olduğu halda, ukraynalı niyə "Sumqayıt"a keçdi? Bunun da səbəbi var. İş ondadır ki, "Neftçi" Beskorovaynını birdəfəlik almaq istəyib. "Polissya" isə futbolçunu yalınız icarəyə verə biləcəyini bildirib. Çünki müdafiəçi onların özünə də lazımdı sadəcə, formaya düşməsi üçün zaman lazımdır. Bu zamanı da icarədə qazanmaq istəyirlər. "Neftçi" icarəyə razılaşmayıb, "Sumqayıt" isə etiraz etmədiyi üçün futbolçu bu kluba icarəyə verilib.