Kişi voleybolçuların Yüksək Liqasında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün 10-cu turun bir görüşü keçirilib.

FHN-nin idman zalında təşkil olunan qarşılaşmada “Neftçi” komandası “AZERRAIL”lə üz-üzə gəlib. Bu matçda “Neftçi” rəqibini 3:0 hesabı ilə məğlub edib.


22 yanvar

Yüksək Liqa (kişilər)

X tur

   “Neftçi” – “AZERRAIL” 3:0 (25:23, 25:15, 25:20)