“Neftçi”dən ayrıldı, “Riqa”ya keçdi
- 13:40
- 21
Bir neçə gün əvvəl “Neftçi”dən ayrılan Kenan Piriçin yeni klubu məlum olub.
Rekord.az xəbər verir ki, bosniyalı qolkiper “Riqa”ya keçib.
Bu barədə Latviya klubunun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Piriç 2025-ci ilin yayından “Neftçi”də çıxış edirdi. O, “ağ-qaralarr”ın heyətində 28 oyuna çıxıb.