“Neftçi” yeni hücumçu transfer edib.

Rekord.az xəbər verir ki, paytaxt klubu Finlandiyanın “Qnistan” klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb. 

Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu Akinyemi xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb. 

2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard “Qnistan”da da qolçuluq bacarığını göstərib və 13 qolla “Veikkaussliqa”nın bombardiridir.

28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, yeni komandasında 26 nömrəli formanı geyinəcək.