"Neftçi" Futbol Akademiyası klub rəhbərliyinin diqqətindən kənarda qalıb.

Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-akademiyaya məxsus komandalarda çıxış edən uşaqların valideynləri məlumat verib.

Onların sözlərinə görə, aşağı yaş qruplarında forma geyinən azyaşlılar 3 ildir yeni geyim dəstləri ilə təmin olunmur:

"Məşqçilərə bununla bağlı çox şikayət etmişik. Əllərindən heç nə gəlmir. Deyirlər ki, rəhbər şəxslərin xəbəri var, nə vaxt istəyəcəklər, onda da problemə əncam çəkəcəklər. Gözləyə-gözləyə qalmışıq. Uşaqlarımız köhnə paltarların içində qalıb. Mətbuatdan tez-tez oxuyuruq ki, AFFA və UEFA uşaq futbolunun inkişafı üçün klublara filan qədər vəsait ayırdı. Hara gedir o pullar? Hamısını əsas komandaya, legioner almağa sərf edirlər, deyəsən. Akademiyada olan uşaqlar azərbaycanlı balalalı deyil?Onlara ayrılan pul niyə başqa işlərə xərclənməlidir? Eşitmişik ki, akademiyanı Zaur Əzizovun ixtiyarına verirlər. Biz indi gözləyirik ki, yeni idman direktoru Antalyadan Bakıya gəlsin. Onunla görüşmək istəyirik. Ümidimiz onadır. Hamımız ümidimizi Zaur müəllimə bağlamışıq. Bu problemi həll etsə, o, edəcək".