Rekord.az xəbər verir ki, "Futbol+" qəzetinin məlumatına görə, şirkət Çempionlar Liqasının 1-ci təsnifat mərhələsini keçəcəyi təqdirdə "flaqman"ın maliyyəsini əvvəlcə 15 milyon, daha sonra yenə eyni miqdarda artırmaq niyyətindədi.

Məsələ ilə bağlı klubun rəsmi mövqeyini öyrəndik. "Neftçi"nin büdcəsinin artırılıb-artırılmaması ilə bağlı sualımızı "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyə ünvanladıq. O, informasiyanı təkzib etdi:

"Məlumat doğru deyil. Deyilənlər və göstərilənlər yanlışdı. Belə bir şey yoxdu. BÜdcə ilə bağlı ilkin məlumat verilib. Yaxın zamanlarda keçən il necə olmuşdusa, yenə "Neftçi TV" vasitəsi ilə maliyyə hesabatı açıqlanacaq. Ümumilikdə onu deyə bilərəm ki, "Neftçi"nin hazırkı büdcəsi 10 milyondan azdı".