Voleybolçu kişilər arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki,16-cı tur çərçivəsin “ORDU” – “Neftçi” və  “Xilasedici” – “Gənclər” qarşılaşmaları baş tutub.

FHN-in idman zalında təşkil olunan oyunlardan birində quru hesab qeydə alındığı halda, digəri gərgin keçib və 3:2 hesabı ilə yekunlaşıb.


Yüksək Liqa
XVI tur
   “ORDU” – “Neftçi” 2:3 (25:19, 21:25, 18:25, 25:22, 10:15)
   “Xilasedici” – “Gənclər” 3:0 (25:11, 25:15, 25:11)