
“Neftçi” daha iki futbolçu ilə müqaviləyə xitam verdi
- 04 İyn 2025 15:20
- 72
“Neftçi” PFK daha iki futbolçu ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçuya gələcək karyeralarında uğurlar arzulanıb.
“Neftçi” daha öncə Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullinlə də vidalaşmışdı.