İtaliyanın "Napoli" komandası "Verona"nın hücumçusu Covanenin transferini rəsmən elan edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


22 yaşlı braziliyalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.


Transferin "Napoli"yə 2 milyon avroya başa gəldiyi bildirilir.


Covane cari mövsüm "Verona"nın heyətində A Seriasında 21 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə fərqlənib.