İsveç çempionatında 3-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” də növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda “Sirius”la qarşılaşıb və inamlı qələbəyə sevinib – 2:0.

Musa bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı hücumçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Yurqorden” hazırda 7 xalla birinci pillədə qərarlaşıb.