Son zamanlar “Qarabağ”ın hücumçusu Musa Qurbanlının adı bir sıra əcnəbi klublarla yanaşı hallanır. Onlardan biri də “Beşiktaş”dı. Hətta türkiyəli jurnalistlərin yazdıqlarına inansaq İstanbul klubunun nümayəndələri “Marsel”lə Fransadakı oyuna gedib Musanı izləyəcək.

 

Lakin Rekord.az-a daxil olan məlumata görə, yayılan məlumatlara baxayaraq, Musanın “Qarabağ”ı tərk etmək ehtimalı yoxdur.

 

İlk növbədə baş məşqçi Qurban Qurbanov Musanın indiki halda Ağdam klubunda qalmasının tərəfdarıdır. Bəlkə də gəcələkdə Qurbanlının gedişi reallığa çevirilsin. Lakin hazırkı dönəmdə onun heç yerə getməyəcəyi və “Qarabağ”da qalacağı dəqiqdir.