Kipr superkubokunun final oyunu keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun da formasını geyindiyi "Pafos" həlledici qarşılaşmada "Omoniya" ilə üz-üzə gəlib. 

Matç "Pafos"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu 74-cü dəqiqədə "Pafos"un futbolçusu Lele vurub.

Zədəli olan Murad bu matçın iştirak ərizəsində yer almayıb.