Millinin oyun təqvimində dəyişiklik ediləcək! - ÖZƏL
- 16:19
- 52
FİFA Series layihəsi çərçivəsində Azərbaycanda keçiriləcək matçların təqvimində dəyişiklik edilib. "Rekord.az" xəbər verir ki, buna səbəb Oman yığmasının İran körfəzindəki gərgin vəziyyətə görə Bakıya gələ bilməməsi olub.
Turnirdə 2 yarımfinal matçının, ardınca qaliblərin finalda, məğlubların isə 3-cü yer uğrunda matçda üz-üzə gəlməsi nəzərdə tutulmuşdu. Oman yarışa qatıla bilmədiyindən azarkeşlər 3 komandalı - Azərbaycan, Syerra-Leone və Sent Lusiyanın iştirak etdiyi qrup matçları izləyəcəklər.
Millimizin martın 28-də Sent-Lusiya, 31-də isə Syerra Leone ilə qarşılaşması nəzərdə tutulub. Hər iki matç Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək. Syerra Leone ilə Sent Lusiya matçı isə Mərdəkandakı "Dalğa Arena"da baş tutacaq. Oyunun tarixi hələ məlum deyil.