
Millinin heyətində dəyişiklik edildi
- 03 İyn 2025 22:30
- 108
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Rekord.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən komandadan kənarda qalıb.
Onun əvəzinə “Qəbələ”nin oyunçusu Ömər Kərimov düşərgəyə qoşulub.
U-19-un Qəbələdə təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.