Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
- 16:20
- 30
Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" klubunun Türkiyədə təlim-məşq toplanışı start götürüb.
Sports.az xəbər verir ki, komanda dünən ilk yoxlama matçını keçirib.
Ukraynanın "Kudryovka" klubu ilə üz-üzə gələn "Arda" 1:1 hesablı heç-heçə edib. Cəlal meydana start heyətində çıxıb və 2-ci hissədə əvəzlənib.
"Arda" Antalyada yoxlama görüşləri çərçivəsində "Viçista" (Polşa), "Ufa" (Rusiya) və "Neftçi" (Öbzəkistan) komandaları ilə üz-üzə gələcək.