Futbol üzrə Azərbaycan milli komandasının Lyublyana şəhərində Sloveniya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun tarixi dəyişdirilib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, noyabrın 10-da yox, 11-də keçiriləcək.

Matça Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda Monteneqronu qəbul edəcək. Komandamız ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.