DÇ-2028-in əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Çexiya yığması yoldaşlıq oyunu keçirib. 

Rekord.az xəbər verir ki, Tiflis Olimpiya Sarayında baş tutan matçda Gürcüstan yığması ilə qarşılaşan rəqibimiz 3:2 hesabı ilə qələbə qazanıb. 

Hesabı Kunster açıb. Millidə debüt edən Bişko fərqi 2 topa çatdırıb. Daha sonra meydan sahibləri ardıcıl 2 qol vurmaqla hesaba tarazlıq gətirib. Lakin Drozd dəqiq oynamaqla sona yaxın komandasına qələbə qazandırıb.

Bu komandalar arasında növbəti oyun sabah – sentyabrın 10-da, saat 19:00-da eyni məkanda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi Çexiya yığması ilə oktyabrın 16-da səfərdə, noyabrın 5-də isə doğma meydanda qarşılaşacaq.