Millimizin Qazaxıstanla növbəti görüşü
- 12:40
- 29
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə qarşılaşacaq.
Görüş Qəbələ şəhər stadionunda, saat 17:30-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında ilk görüşdə Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.