
Millimizin Latviya ilə keçirəcəyi yoldaşlıq oyununun təyinatları açıqlandı
- 04 İyn 2025 14:40
- 61
Futbol üzrə Azərbaycan millisinin Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun təyinatları açıqlanıb.
Rekord.az xəbər verir ki, görüşü Maltadan və Latviyadan olan hakimlər idarə edəcək.
Maltalı baş hakim Trustin Farrugia Canna Luke Portelli və Roberto Vella yardım edəcək. Dördüncü hakim funksiyasını isə latviyalı Vitalis Spasyonnikovs yerinə yetirəcək.
Qarşılaşma iyunun 7-də, paytaxt Riqada yerləşən “Skonto” stadionunda saat 17:00-da start götürəcək.