
Millimizin baş məşqçisi darmadağına görə azarkeşlərdən üzr istədi
- 31 May 2025 00:27
- 132
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə keçirilən ev oyunundan sonra fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, o, 0:5 hesablı məğlubiyyətə belə şərh verib:
“İlk dəfədir komandanın bu qədər həyəcan içində meydana çıxdığını gördüm. Çoxlu sayda səhvlərə yol verdik. İlk 10 dəqiqədə buraxdığımız qollardan sonra oyunumuzda eniş baş verdi. Fasilədən sonra sistemdə dəyişiklik etdik. Ancaq bütünlüklə hücuma çıxdığın zaman istər-istəməz müdafiədə boşluq yaranır. Nəticədə daha bir qol buraxdıq. Bizi dəstəkləməyə gələn insanlara həm təşəkkür edirəm, həm də bu nəticəyə görə komanda adından onlardan üzr istəyirəm”.