Millimizin Avroliqadakı oyunlarının vaxtı açıqlandı
- 15:23
- 39
Voleybol üzrə Avropa Liqasının təqvimi açıqlanıb. “Rekord.az” xəbər
verir ki, Azərbaycanın qadınlardan və kişilərdən ibarət yığma
komandalarının da oyun proqramı bəlli olub.
Hər iki yarış 5-21 iyun
tarixlərində üç turda baş tutacaq. Komandalar hər turda fərqli
rəqiblərlə oynayacaq. Bu turların biri ölkəmizdə baş tutacaq. Bakı
qadınların yarışında birinci (5-7 iyun), kişilərin yarışında isə üçüncü
tura (19-21 iyun) ev sahibliyi edəcək.
Qeyd edək ki, Avroliqanın
formatında dəyişiklik edilib. 2018-ci ildən “Qızıl Avropa Liqası” və
“Gümüş Avropa Liqası” formatında keçirilən yarış yenidən “Avropa Liqası”
adlandırılıb. Avropa çempionatına təsnifat xarakteri daşıyan turnir
iştirakçılara reytinq xalları qazandıracaq. İştirakçı komandalar və
oyunların proqramı CEV-in reytinqinə əsasən müəyyən olunur. Reqlamentə
əsasən yarışda 24 qadın və 27 kişi komandası mübarizə aparacaq. Turnir
cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi
əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 komanda növbəti
mərhələyə vəsiqə qazanacaq. Yekunda 1-4 yerləri tutacaq komandalar
2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.
Qadınlardan ibarət millimizin Avroliqadakı oyunları
5-7 iyun (Azərbaycan)
5 iyun
18:00 İsveç - Azərbaycan
6 iyun
18:00 Estoniya - İsveç
7 iyun
18:00 Azərbaycan – Estoniya
12-14 iyun (İspaniya)
12 iyun
19:30 Şimali Makedoniya - İspaniya
13 iyun
18:30 Azərbaycan - Şimali Makedoniya
14 iyun
18:00 İspaniya - Azərbaycan
19-21 iyun (Şimali Makedoniya)
19 iyun
18:00 Azərbaycan - İsrail
20 iyun
18:00 İsveçrə - Azərbaycan
21 iyun
18:00. İsrail - İsveçrə
Kişilərdən ibarət millimizin Avroliqadakı oyunları
5-07 iyun (İsveç)
5 iyun
18:00 Yunanıstan - İsveç
6 iyun
16:00 Azərbaycan - Yunanıstan
7 iyun
16:00 İsveç - Azərbaycan
12-14 iyun (Rumıniya)
12 iyun
19:00 Azərbaycan - Rumıniya
13 iyun
19:00 İspaniya - Azərbaycan
14 iyun
19:00 Rumıniya – İspaniya
19-21 iyun (Azərbaycan)
19 iyun
18:00 Macarıstan - Azərbaycan
20 iyun
18:00 Portuqaliya - Macarıstan
21 iyun
18:00 Azərbaycan - Portuqaliya
Oyunların başlanma saatları yerli vaxtlarlar göstərilib.