Millimiz yarımfinalda dayandı
- 07 İyn 2026 21:10
- 205
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan dünya kubokunun yarımfinalında məğlub olub.
Rekord.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ABŞ seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 19:18 hesablı qələbəsi ilə yekunlaşıb.
Dünya kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.