Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- 2024-05-04 18:15
- 103
Azərbaycanın 17 yaşadək (U-17) qız futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Rekord.az xəbər verir ki, yığma Qazaxıstanla münasibətləri aydınlaşdırıb.
Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 2:2. Penaltilər seriyasında isə rəqib komanda daha dəqiq olub.
U-17 turnirdə keçirdiyi ilk görüşdə Belarus millisinə 1:3 hesabı ilə uduzub.