Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti sınağına çıxıb.

Rekord.az xəbər verir ki, millimiz San Marino yığma ilə yoxlama oyunu keçirib.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu rəqiblə Macarıstanda qarşılaşıb. Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçirilən oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib.

Üç qolluq görüşdə millimiz əzmkar qələbəyə sevinib. Komandamıza qələbə gətirən qolları Rəhman Daşdəmirovla Renat Dadaşov vurub.

Xatırladaq ki, millimiz bir neçə gün öncə eyni məkanda Malta yığması ilə də qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
9 iyun

Azərbaycan – San Marino 2:1
Qollar: Rəhman Daşdəmirov, 27. Renat Dadaşov, 49 - Nanni, 9.
Baş hakim: Marton Ruş (Macarıstan).
Sombatxey, “Haladaş” stadionu.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov, 2. Rəhman Daşdəmirov, 18. Tellur Mütəllimov, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 25. Rüfət Abbasov, 26. Ayxan Hüseynov, 11. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23 Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 7 Toral Bayramov, 10 Mahir Emreli, 13. Emil Səfərov, 14 Elvin Bədəlov, 15 Bədavi Hüseynov, 17 Vüsal İsgəndərli, 19 Nəriman Axundzadə, 20 Aleksey İsayev, 21 Qismət Alıyev, 22 Rəhim Sadıxov, 24 Rüstəm Əhmədzadə.
Baş məqçi: Ayxan Abbasov.
San Marino: 1. Kolombo, 12. Tosi, 15. Posolini, 5. Celovi, 4. Fabbri, 18. Zannoni, 8. Kapiççioni, 25. Meloni, 21. Latsari, 11. Cakopetti, 9. Nanni (k)
Baş məşqçi: Roberto Cevoli.