21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komandamız Bakıda Portuqaliya yığması ilə qarşılaşıb.

B qrupunda yer almış komandalar 8-ci tur çərçivəsində qarşılaşıblar. Oyunun baş hakimi yunanıstanlı Xristos Vergetis olub.

“Neftçi Arena”da baş tutacaq qarşılaşma millimizin ağır məğlubiyyəti ilə yekunlaşıb.

B qrupuna hazırda 16 xala malik Portuqaliya yığması liderlik edir. Azərbaycanın U-21 millisi 5 xalla 6 komanda arasında 5-cidir. 

AÇ-nin seçmə mərhələsi
B qrupu

27 mart

Azərbaycan – Portuqaliya 0:4
Qollar: Moreyra, 51. Parente, 53. Şermiti, 66. Simoeş, 75.
Hakimlər: Xristos Vergetis, Andreas Fotopulos, Konstantinos Staikos, Aleksandros Katsikoyannis (Yunanıstan).
8-ci km stadionu. 15:00.

Azərbaycan: Xəyal Fərzullayev, Emin Rüstəmov (k), Raul Məmmədov, Eşqin Əhmədov, Rüfət Abbasov, Şahin Şahniyarov, Oruc Məmmədov, Murad Məmmədov, Edqar Adilxanov, Nahid Əliyev, Əkbər Əyyubov.
Portuqaliya: Joau Karvalyu, Tyaqu Parente, Qabriel Braş (k), Tyaqu Qabriel, Daniel Banjaki, Matiaş Di Amorim, Joau Simoeş, Karloş Forbeş, Qonsalu Moreyra, Noa Saviolu, Yusif Şermiti.