“Millimiz Minskdə beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdi”
- 17:00
- 31
Azərbaycanın 16, 18 və 20 yaşadək qızlardan ibarət basketbol milliləri Belarusun paytaxtı Minskdəki təlim-məşq toplanışında beynəlxalq təcrübə qazanmaq imkanı əldə edib.
Rekord.az xəbər verir ki, bu barədə komandaların baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Türkiyəli mütəxəssis hazırlıq prosesinin onlar üçün faydalı olduğunu bildirib:
"Yoxlama oyunlarında güclü rəqiblərlə qarşılaşaraq komandalarımızın hazırkı vəziyyətini qiymətləndirmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdik. İnanıram ki, hazırlığın nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək."
Xatırladaq ki, U-16, U-18 və U-20 milli komandaları 26 may – 4 iyun aralığında Minskdə təlim-məşq toplanışında olub.