Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib.


Rekord.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv hazırda 1132.00 əmsalla 126-cı sırada qərarlaşıb.


Komanda bu ay yoldaşlıq oyununda Maltaya uduzub (0:2), San Marinoya isə qalib (2:1) gəlib.


Xatırladaq ki, reytinqdə son dünya çempionu Argentina seçməsi (1877.27) liderdir. İspaniya (1874.71) ikinci, Fransa (1870.70) üçüncü yerdədir.