Millimiz dünya reytinqində irəlilədi
- 16:00
- 24
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində 6 pillə irəliləyərək 29-cu sıraya yüksəlib.
Rekord.az xəbər verir ki, bu barədə Beynəlxalq Çimərlik Futbolu Federasiyası (BSWW) məlumat yayıb.
Yığma 379,25 xalla dünyada 29-cu, Avropada isə 12-ci pillədə qərarlaşıb.
Əvvəlki reytinqdə Azərbaycan yığması dünyada 35-ci, Avropada isə 13-cü pillədə yer almışdı.