Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.


Rekord.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Monteneqro ilə üz-üzə gəlib.


Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Millinin heyətində Ağaseyid Qasımov (23) və Ramiz Çovdarov (44) fərqləniblər.


Azərbaycan həlledici mərhələdə Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.