Futzal üzrə Azərbaycan millisi apreldə daha iki yoldaşlıq oyunu keçirəcək.


Rekord.az xəbər verir ki, yığmamız aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstanla üz-üzə gələcək.


Qeyd edək ki, millimiz aprelin 9-da və 11-də isə Tiflisdə Gürcüstan yığması ilə qarşılaşacaq.