Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Tiflis İdman Sarayında Gürcüstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Millimiz iki gün əvvəl bu rəqibə 2:3 hesabı ilə uduzub.