Milli üzvü 22 yaşında karyerasını bitirdi
- 12 Noy 2024 15:30
- 92
İsveçrə millisinin və "Blau-Vayss" klubunun 22 yaşlı futbolçusu Silvan Uolner 22 yaşında karyerasını bitirib.
Rekord.az xəbər verir ki, mərkəz müdafiəçisi bu barədə özü açıqlama verib.
O, karyerasını bitirməsinin səbəbini özünü dinə həsr etməsi ilə əlaqələndirib. Oyunçu qarşılaşmaların əksəriyyətinin din üçün müqəddəs sayılan şənbə gününə salındığını və bu səbəbdən karyerasını bitirdiyini söyləyib.
Futbolçu sentyabrda "Sürix" klubundan "Blau-Vayss"a transfer olunub və bu komandada 5 oyunda iştirak edib. O, İsveçrənin gənclərdən ibarət millisinin heyətində 3 oyuna çıxıb.