Oktyabrın 22-31-dək ölkəmizdə ilk dəfə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması məqsədilə seçim prosesi davam edir.

Rekord.az xəbər verir ki, 2011-ci il təvəllüdlü futbolçular Bakıda keçiriləcək U-15 Dünya Çempionatına hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışlarını keçirəcək.

Təlim-məşq toplanışı 8-9 sentyabr və 12-14 sentyabr tarixlərində Bayıl Təlim-Məşq Mərkəzində keçiriləcək. Hazırlıq prosesi çərçivəsində futbolçuların seçimi davam etdiriləcək və Dünya Çempionatında iştirak edəcək yekun heyət müəyyənləşəcək.

Qeyd edək ki, toplanışlara dəvət olunan 25 futbolçu arasından Dünya Çempionatında iştirak edəcək 14 futbolçu seçiləcək.

Həmçinin U-15 milli komandasında (2012-ci il təvəllüdlü futbolçular) UEFA İnkişaf Turnirinə hazırlıq məqsədilə seleksiya prosesi davam edir. Sözügedən turnirin 20-26 oktyabr tarixlərində Maltada keçiriləcək. 

Milli komandanın təlim-məşq toplanışlarına dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:
 
Oqtay Mehrəliyev - Qarabağ FK
Daniil Bayramari - Qəbələ İK
Məhəmməd Ağamalıyev - Qarabağ FK
Abbas Məmmədli - Qarabağ FK
Asif Allahverdizadə - Ulduz FA
Emil Quliyev - Neftçi PFK
Teymur Quliyev - Ulduz FA
Əkbər Nağıyev - Neftçi PFK
Kənan Əzimov - Neftçi PFK
Həsən Məhmədov - Sabah FK
Murad Zeynallı - Ulduz FA
Səbran Muradlı - Qarabağ FK
Müşfiq Zamanov - Ulduz FA
Xalid Soltanov - Qəbələ İK
Ömər Allahverdiyev - Turan Tovuz PFK
Səbuhi İbrahimli - Ulduz FA
Yusif Əlizadə - Ulduz FA
Həsən Ramazanov - Sabah FK
Murad Məmmədzadə - Sabah FK
Nihad Bəylərli - Ulduz FA
Əli Hacıyev - Sabah FK
Həsən Müşfiqzadə - Qarabağ FK
Ramil İsmayıllı - Karvan FK
Maksim Adamov - Neftçi PFK
Amin Tağıyev - Qarabağ FK